Şıxovdakı istirahət mərkəzində əməliyyat keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şıxovdakı istirahət mərkəzində əməliyyat keçirildi - Foto

Kriminal

06 İyul 2020 11:50 914


Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində xüsusi karantin rejim qaydlarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan istirahət mərkəzinin fəalliyyət göstərməsi aşkarlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri 41-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır. pizza sifarişi

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!