“Siyahıda olan həkim burnumu elə günə qoydu ki...” -   Nigar Şabanova

saytların hazırlanması

Evə çatdırılma

“Siyahıda olan həkim burnumu elə günə qoydu ki...” - Nigar Şabanova

Şou

13 Noyabr 2024 12:35 1050


Xəbər verdiyimiz kimi, Şairə Nazilə Səfərli şəxsi instaqram hesabında saxta şəhadətnamə aldığı deyilən estetik cərrahların siyahısının sifarişlə hazırlandığını iddia edən video paylaşmışdı. Həmin paylaşım böyük əks-səda yaradıb.

Yenisabah.az xəbər verir ki, Əməkdar artist Nigar Şabanova da sözügedən paylaşıma şərh yazıb. O, məsələ ilə bağlı fikirlərini belə ifadə edib:

“Nazı, o siyahıda olan həkim mənim burnumu elə günə qoydu ki, Azərbaycanda sinəsinə döyən təcrübəli heç bir həkim burnumu əməliyyat etmir. Nəfəs ala bilmirəm, kosmetik görünüş bəyənilməz. Amma Günə. Piriyeva 3 ildə 3 əməliyyatımı edib şükür, min şükür, çox razıyam. O xarici bloger getsin, siyahıda adlar çəkdin, onları araşdırsın. Mənə yazsın, mən deyim o siyahıdakı hansı həkim burnumu bu günə salıb. Sənin də ürəyinə sağlıq”. pizza sifarişi

Qeyd edək ki, şərh yazan digər izləyicilər də şairənin iddialarına dəstək veriblər.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!