“Siyasətçi məsuliyyətli olmalıdır” - Sülhəddin Əkbərdən Milli Şuranın videosuna reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Siyasətçi məsuliyyətli olmalıdır” - Sülhəddin Əkbərdən Milli Şuranın videosuna reaksiya

Siyasət

18 May 2020 17:50 1054


Bir neçə gündür ki, sosial şəbəkələrdə Milli Şuranın Koordinasiya Mərkəzinin videokonfrans şəklində keçirilən qapalı iclasından yayılan videogörüntülər müzakirə mövzusudur. Müzakirələr əsasən görüntülərin necə yayılması və iclasda gedən söhbətlər ətrafında aparılır. 

Milli Şura tərəfdarları hesab edir ki, görüntülər kibercinayətkarlıq yolu ilə ictimailəşdirilib. Lakin daha çox iclasda edilən söhbətlərə diqqət çəkən sosial şəbəkə fəalları isə görüntülərin hansı yolla yayılmasından asılı olmayaraq Milli Şuranı iclaslarda siyasi qeybətlə məşğul olmaqda ittiham edirlər. İclasda Müsavat və Respublikaçı Alternativ (REAL) partiyaları haqqında tənqidi fikirlərin səsləndirilməsi isə vəziyyəti bir qədər də qəlizləşdirib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər bildirib ki, dünyanın və regionun, o cümlədən Azərbaycanın böyük problemləri olduğu dönəmdə belə bir diskussiyanın açılması xoşagələn deyil: Dördpendirli pizza

“Xüsusən də milli birliyin, müxalifətin birliyinin vacib olduğu bir zamanda belə bir vəziyyətin yaranması arzuolaunan deyil. Bu görüntülərin hansı yolla sızması mənim üçün o qədər də əhəmiyyət kəsb etmir. Hesab edirəm ki, hər bir siyasətçi harada olmasından asılı olmayaraq məsuliyyətli olmalıdır. İstər rəsmi, istərsə də qeyri-rəsmi nə dediyinə diqqət etməlidir. 

Xatırlayırsınızsa, bir zamanlar mənim də Rəsul Quliyevlə danışığımı təhrif edib yaymışdılar. Sonra da dedilər ki, Sülhədiin Əkbər demək olar ki, heç nə danışmır və yəqin, bunu elə özü yazaraq yayıb. 

Mən hər zaman düşünmüşəm ki, dinləmənin olub-olmamasından asılı olmayaraq diqqətli olmaq lazımdır.

Xüsusən indiki dönəmdə müxalifətin bir araya gəlməsində maraqlı olmayan qüvvələr çox olacaq və indi səs yazmaq, yaymaq o qədər də mürəkkəb məsələ deyil. Siyasətçi hər zaman düşünməlidir ki, onun danışığı ictimailəşə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!