Gürcü siyasətçi Zurab Caparidze yerli özünüidarə orqanlarına seçkilər öncəsi seçki elanını məşhur bir porno sayta yerləşdirib.
Yenisabah.az xəbər verir ki, o, "Facebook" səhifəsində müvafiq fotoşəkil yerləşdirib.
Bannerdə 45 nömrəli namizəd kimi özü, habelə porno aktyorlardan birinin şəkli göstərilir. Marqarita pizza
Caparidze hesab edir ki, porno saytda reklamlar seçkilərdən əvvəl televiziya və ya küçə reklamlarından minlərlə dəfə daha təsirli olur.
2018-ci il prezident seçkilərində namizəd olan Caparidze onda da bu porno saytda reklamlar yayımlayırdı.
Prezidentliyə namizəd daha sonra "Daha çox seks, daha çox azadlıq!", "Ölçüsünü artıracağına söz vermirəm" sözləri yazılmış banner reklamlarını saytda yerləşdirdi.
Caparidze əvvəllər Gürcüstanın ən fövqəladə siyasi qüvvəsi olan "Qirçi" partiyasının rəhbəri idi və qurum üzvləri ölkədə marixuananın qanuniləşdirilməsinin təşəbbüskarı idilər.
Daha sonralar siyasətçi partiyadan ayrılıb və öz siyasi qüvvəsini yaradıb - "Girçi - daha çox azadlıq!"
Oktyabrın 2-də Gürcüstanda şəhər bələdiyyə başçıları və yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək.
Telegram kanalımız