"Xərcləri detallı yazmaya da bilərdim. Məqsədim özümü asket kimi göstərmək olmayıb. Azla qane olanam, amma asket deyiləm. Həyatımdan razı olmasam da, yaşamağı sevirəm. Xərcləri ona görə detallı yazdım ki, siyasətçilərin və vəzifəli şəxslərin hesabatlılığı üçün bir tək gəlirin qanuni olması yetmir. Hətta xərclərin qanuni olması yetmir".
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.
E.Qədirli bildirib ki, siyasətçilərə və vəzifəli şəxslərə yaraşmayan xərclər ola bilir, onların mənbəyi qanuni olsa belə: "Şəraitdən də asılı ola bilir. Məsələn, deputat kimi məhdudiyyətsiz hər yerə getmək imtiyazım var, amma karantin dönəmində mən yalnız bir dəfə Bakıdan çıxmışam - Tovuza getmişdim (gəzməyə getməmişdim). Mən karantin olmayan bölgələrin birinə gedib, orada istirahət edə bilərəm. Bunu mənə qanun da icazə verir, maaşım da imkan yaradır. Bununla belə, çoxların Bakıdan çıxa bilmədiyi bir ortamda mənim bölgələrimizə gəzməyə getməyim qanuni olsa da, yaxşı olmaz. Hüquq yalnız qanundan ibarət olmadığı kimi, həyat da yalnız hüquqdan ibarət deyil. Bilmirəm, anlada bildimmi? Yəni, xərclərimi detallı yazmağım yuxarıdakı gümanımdan doğdu. Bununla kimisə yordumsa, üzrlü saysın. Sonrakı hesabatlarımı bu qədər detallı yazmaram. Gəlirimi göstərərəm, əmlakla bağlı durumu yazaram və s. Siyasətçiyə yaraşmayan xərclərə yol verməməyə çalışacağam". Toyuqlu pizza
Telegram kanalımız