“Siyasi namərdlik ermənilərin əzəli və genetik xislətidir”   - Hüquqşünas

saytların hazırlanması

Evə çatdırılma

“Siyasi namərdlik ermənilərin əzəli və genetik xislətidir” - Hüquqşünas

Siyasət

07 Oktyabr 2020 12:59 1916


Azərbaycanın əks-hücüm əməliyyatları başlayandan bəri Ermənistan silahlı qüvvələri mülki əhalini və mülki obyektləri müntəzəm atəşə tuturlar. Bütün bu insanlıq əleyhinə hərəkətlər isə beynəlxalq humanitar hüquqla qadağan olunan əməllərdir. 

Yenisabah.az-ın bu mövzuda olan sualları Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov cavablandırır: 

- Səyyad müəllim, Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir, Xızı, Abşeron, Yevlax, Beyləqan və digər rayonlarının dinc sakinlərini atəşə tutur. Bu, ermənilərin beynəlxalq normalara xroniki hörmətsizliyidir yoxsa... Dominos pizza

- Bəli, tamamilə haqlısız. Bu gün Ermənistan siyasi rəhbərliyi beynəlxalq humanitar hüquqa və 1949-cu il Cenevrə Konvensiyalarına, eləcə də bütün beynəlxalq ictimaiyyətə aşkar şəkildə sözün yumşaq mənasında desək, hörmətsizlik edir. Digər mənalarda isə ermənilər bəşər tarixində formalaşmış müharibə qanun və adətlərinə qarşı misli görünməyən transmilli əxlaqsızlıq nümayiş etdirərək ağır beynəlxalq cinayətlər törədirlər. Əlbəttə, siyasi namərdlik erməninin əzəli və genetik xislətidir. Bu, həm də onların beynəlxalq hüquqi məsuliyyətsizliyi və uzun zaman cəzasız qalmasından qaynaqlanır. Həm tarix, həm də bu gün bu tarixi yazan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev sübut etdi ki, onlara qarşı ən səmərəli və təsirli cəza mexanizmi hərbi sanksiyalardır. Və ən acınacaqlısı da budur ki, bir neçə strateji tərəfdaşımız olan dövlət istisna olmaqla, əksər beynəlxalq təşkilatlar və xarici ölkələr ermənilərin bu cinayətlərini sanki görmür və ədalətli reaksiya vermirlər. Beynəlxalq hüquqa, haqqa, ədalətə saymazyana münasibət göstərmək olmaz. Yeri gəlmişkən, dünən Azərbaycanın ədliyyə naziri bütün xarici ölkələrin ədliyyə qurumlarının rəhbərlərinə Ermənistanın törətdiyi hərbi təcavüz və digər beynəlxalq cinayətlərlə bağlı müraciət ünvanlayaraq, onları mövcud beynəlxalq hüquq mexanizmləri əsasında real addımlar atmağa çağırıb. Bilirsiz, hüquq siyasət deyil, burda ikili standartlar qəbuledilməzdir. Halbuki, Ermənistanın dinc sakinlərə qarşı törətdiyi hüquqazidd əməllər həm müharibə adətlərinə görə, həm də müasir beynəlxalq hüquqa əsasən birbaşa müharibə cinayətləridir. Hərbi cinayət yox, bu əməllər məhz müharibə cinayəti (ingiliscə “war crime”) adlanır. Bəzən bu məhfum “hərbi cinayət” termini ilə qarışıq salınır. 

- Bu cinayətləri beynəlxalq hüquq prizmasından konkret faktlar üzrə necə şərh edərdiniz?

- Bununla bağlı bir necə mühüm müddəa üzərində dayanmağı zəruri hesab edirəm. Birincisi, siz görürsüz ki, Gəncə, Mingəçevir, Xızı, Abşeron, Yevlax, Beyləqan və hərbi əməliyyatlar zonasından tamamilə kənarda olan digər şəhər və kəndlərimizdə sivil vətəndaşlar və mülki obyektlər hədəf seçilir və beynəlxalq hüquqla qadağan olunmuş silahlardan, o cümlədən klaster-kasset tipli bombalarından müntəzəm olaraq atəşə tutulur. Və Ermənistan siyasi rəhbərliyi bunu ictimaiyyətə həyasızlıqla bəyan etməkdən çəkinmirlər. Fakt: Ermənistanın baş nazirinin baş müşaviri Vaqarşak Arutyunyan 6 oktyabr 2020-ci ildə “Rossiya 1” kanalına müsahibəsi zamanı Azərbaycanın dinc əhalisinin bilərəkdən hədəf seçildiyini etiraf edir və bildirir ki, “indi biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirək, hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, daha sonra isə dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək təviş yaradaq”. Konkret olaraq, bu faktlar və fikirlər “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” 12 avqust 1949-cu il Konvensiyasının (IV Konvensiya) bir sıra maddələrinə ziddir. 31-ci maddə mülki şəxslərə fiziki və mənəvi təzyiqi, 32-ci maddə isə mülki şəxslərin fiziki iztirablarına və məhvinə səbəb ola bilən hər hansı tədbiri qadağan edir. 33-cü maddədə qeyd olunur ki, mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, terror və qisasçılıq hərəkətləri qadağandır. 

- Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əməliyyatlar zonasından tamamilə kənarda olan mülki obyektlər də həmləyə məruz qalır...

- Bəli, hərbi təyinatlı obyektlərlə mülki obyektlər arasında fərq qoyulmalıdır. Hərbi obyektlərdən fərqli olaraq, mülki obyektlərin dağıdılması beynəlxalq humanitar hüquqla və müharibə qanun və adətləri ilə qadağandır. Mülki obyektlər mütləq şəkildə fərqləndirilməlidir. IV Konvensiyanın 52-ci maddəsinə görə hərbi təyinatlı hesab edilməyən bütün obyektlər (yaşayış evləri, məktəblər, neft və qaz kəmərləri, elektrik stansiyaları, su anbarları, ibadətgahlar, mədəni və tarixi abidələr və s.) mülki obyektlər hesab edilir. Həmin maddənin 3-cü hissəsinə görə, hətta mülki obyektlərdən hərbi əməliyyatlara yardım məqsədilə istifadə edildiyi şübhə doğurduğu halda belə, onlardan bu məqsədlə istifadə edilmədiyi ehtimal olunmalıdır. Həmçinin, belə obyektlərə qarışıq həmlələr də beynəlxalq humanitar hüquqla qadağan edilir. IV Konvensiyanın 51-ci maddəsinə əsasən qarışıq həmlələr mülki və hərbi obyektlərə fərq qoyulmadan zərbə endirən həmlələrdir. Gəncənin və digər yaşayış məntəqələrinin bombalanması zamanı düşmən bu fərqi qoymadan həmlə etmişdir. Həmçinin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin raketlərdən atəşə tutulması mülki obyektə qarşı hərbi həmlədir. Xüsusilə bu fakt regional təhlükəsizlik üçün təhdid sayıldığından BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən kollektiv özünümüdafiəyə hüquqi əsas yaradır. Bu hüquqdan istifadə etməklə Azərbaycan və Türkiyə (hətta Gürcüstan da) BTC kəmərinin təhlükəsizliyinin təmin edilməsi üçün birgə hərbi əməliyyatlar həyata keçirə bilərlər.

- Bu həmlələr həm də silahlı təcavüz cinayəti hesab olunur...

- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən bombardman edilməsi birbaşa hərbi təcavüzdür. Yuxarıda adlarını çəkdiyimiz bütün dinc yaşayış zonaları məhz Ermənistan ərazisindən (hərbi əməliyyatlar zonasından deyil) atılan raket və digər silahlardan atəşə məruz qalırlar. Fakt budur ki, Gəncəyə və digər rayonlara raket hücumları və bombardmanlar məhz Ermənistanın Berd rayonundan edilib. Bu isə birbaşa Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə qarşı qəsdən edilən hərbi təcavüzdür və bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və siyasi rəhbərliyidir. Yuxarıda Paşinyanın müşavirinin bir ifadəsini qeyd etdik. O deyib ki, “indi biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirək”. “Taktika hazırlamışıq”  nə deməkdir? Bu ifadə təcavüzkar müharibəyə hazılığı və başlamanı özündə ehtiva edir. Ümumiyyətlə qeyd edim ki, bu əbləhin həmin müsahibədə işlətdiyi hər ifadə ayrıca bir beynəlxalq cinayət tərkibidir: müharibə cinayəti, təcavüz, insanlıq əleyhinə cinayət və terror. Bu səbəbdən də televiziya onun çıxışını yarımçıq kəsdi. Ona görə də Vaqarşak Arutyunyana şəxsən cinayət işi açılmalıdır. Ermənistan dövlət olaraq mahiyyətcə təcavüzkardır. BMT-nin Təcavüzün Tərifi haqqında 1974-сü il tarixli Qətnamənin 3-сü maddəsinə görə təсavüz hərəkətlərinə: bir dövlətin silahlı qüvvələrlə başqa dövlətin ərazisinə soxulması və ya hüсumu (Dağlıq Qarabağa və yeddi rayona, həmçinin 2020-ci ilin yayında Tovuza), yaxud bu сür zorla soxulma və ya hüсumun nətiсəsi olan hər hansı hərbi işğal və ya zor işlətməklə başqa dövlətin ərazisinin və ya onun bir hissəsinin istənilən ilhaqı; dövlətin silahlı qüvvələrlə başqa dövlətin ərazisini bombardman etməsi və ya dövlətin hər hansı bir silahı başqa dövlətin ərazisinə qarşı tətbiq etməsi və s. aid edilir. Lakin siz görürsüz, Ermənistanın müharibə və silahlı təcavüz cinayətlərinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri indiki Ermənistanın ərazisinə (tarxi Azərbaycan torpaqlarına) hələki heç bir zərbə endirmir, lakin beynəlxalq hüquqa əsasən bu hüququ özündə saxlayır. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi bəyanat verərək bildirib ki, bizim hədəfimiz mülki əhali deyil və onlar bizim ərazini tərk etsinlər. Bu isə Azərbaycan tərəfindən Cenevrə Konvensiyasına əməl edilməsi deməkdir və orda yaşayan mülki ermənilərin ərazini tərk etmək hüququnun tanınması, onlara belə bir imkanın yaradılması humanizmin bariz nümunəsidir.

- Bəzən ermənilər hədəf kimi tibbi personal və yaralıları daşıyan təcili yardım maşınlarını da seçir. Bunun hüquqi anlamı nədir?

- Bu, beynəlxalq sənədlərin kobud şəkildə pozulmasıdır. Oktyabrın 6-da Ağdamın ağır artilleriyadan atəşə tutulması nəticəsində düşmən mərmilərindən biri təcili tibbi yardım maşınının yanına düşüb, nəticədə ambulansa ciddi ziyan dəyib, yaralananlar da oldu. 1949-cu il Konvensiyasına əlavə olunan 1977-ci il tarixli II Protokolun 11-ci maddəsində qeyd olunur ki, tibbi birləşmələr və nəqliyyat vasitələri həmlə obyekti ola bilməz. Üstəlik, tibbi nəqliyyat vasitələri fərqləndirici emlemlərə, yanıb sönən mavi işığa və xüsusi səs siqnallarına malik olduğu üçün bunların fərqləndirilməsi o qədər də çətin deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!