Siyavuş Novruzov bu nazirləri istefaya çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov bu nazirləri istefaya çağırdı

Siyasət

01 May 2020 14:59 1429


Siyavuş Novruzov dövlət qurumlarında mətbuat xidmətlərinin ləğv edilməsini təklif edir.

“Yeni Sabah” Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov  Milli Məclisdə Hesablama  Palatasının illik məruzəsinin müzakirəsi  zamanı  deyib.

Onun sözlərinə görə, hər bir nazirliyin, dövlət qurumunun mətbuat xidməti ola bilməz. pizza sifarişi

"Biz pandemiya dövründə də gördük. Nazir qalıb kənarda, mətbuat xidmətləri "Əlləzinə” oxuyur. Buna baxmaq lazımdır. Əgər nazir xalqın qarşısına çıxa bilmirsə, üzü yoxdursa istefa versin. Necə olur Prezident, Birinci vitse-prezident  birbaşa xalqla təmasda olur. Nazir isə yox. Nazir vəzifə borcunu  yerinə yetirə bilmirsə, yenə də istefa versin. Belə olmaz. Nazirin birbaşa vəzifəsi xalqı məlumatlandırmaqdır. Ona görə də hesab edirəm ki,  Hesablama Palatası gələcəkdə bu məsələləri nəzərə alsın”- komitə sədri deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!