Siyavuş Novruzov Mirələmov olayı haqda:   Ləyaqətsizlikdir!

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov Mirələmov olayı haqda: Ləyaqətsizlikdir!

Hadisə

23 Aprel 2021 15:04 2953


“Hörmətli səhifə izləyiciləri! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, sosial şəbəkələrdə Hüseynbala Mirələmovun yayılmış videogörüntüləri ilə əlaqədar mənim adımdan hansısa “fikir”lər tirajlanır. İddia olunur ki, guya həmin sözlər mənə məxsusdur. Qətiyyətlə bildirirəm ki, mən bu məsələ ilə əlaqədar hansısa fikir və mövqe bildirməmişəm”.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin komitə sədri Siyavuş Novruzov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bəzi “Facebook” istifadəçilərinin bu cür saxtakar əməllərini ikrah hissi ilə qarşılayır:  pizza mizza

“Xatırladıram ki, belə hərəkətlər vasitəsilə barəmdə qıcıq yaradılmağa çalışılması ləyaqətsizlikdir və hüquqi məsuliyyət doğurur. Belə uydurma məlumatlar yayanlar, qarayaxma kampaniyası aparanlar çirkin əməllərinə davam edəcəkləri halda, qanun qarşısında cavab verəcəklər. Bir daha sosial şəbəkə istifadəçilərini belə ləyaqətsizlərin və saxtakarların ucuz yalanlarına inanmamağa çağırıram”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!