Siyavuş Novruzov qeybə çəkilib - İclaslara niyə gəlmir?

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov qeybə çəkilib - İclaslara niyə gəlmir?

Siyasət

21 Aprel 2025 13:30 274


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentə gəlmir.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, deputat son 7 plenar iclasın heç birində iştirak etməyib.

O, rəhbəri olduğu komitənin iclaslarına da qatılmayıb, onu sədr müavini Nurlan Həsənov əvəzləyib. Pepperoni pizza

Deputatın özü zəngləri cavabsız qoyur.

Milli Məclisin İntizam Kommisiyasının sədri Eldar İbrahimovla Siyavuş Novruzovun icazəli olduğunu bildirib.

Qeyd edək ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib.

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir.

İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.

Siyavuş Novruzov 6-cı çağırışdır ki, Milli Məclisin deputatıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!