Hamıya məlumdur ki, YAP-çı deputat Siyavuş Novruzov karantin qaydalarını pozaraq, avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak edib. Hansı ki, bununla bağlı 400 manat cərimə edilməklə bərabər, ona Yeni Azərbaycan Partiyası tərəfindən töhmət elan edildi.
Olanlardan sonra batdıqca batan Siyavuş Novruzov “Facebook” səhifəsində status yazmaqlda daha da özünü çıxılmaz vəziyyətə saldı. O, yazdığı məlum statusunda bildirir ki, “Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə, toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki, mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram”. Maraqlıdır, Novruzovunu məntiqincə, ölkə başçısının öncədən belə bir toydan xəbəri olsaydı, baş tutmaması üçün heç bir tədbir görməzdimi?…
Yalnız bir gün sonra məlum olur ki, ailəlikcə dəvət edilərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat verib. Hətta, Novruzov məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməsinin də həqiqəti əks etdirmədiyini vurğulayır. Yəni Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmayıb və aldadılıb. pizza
Siyavuş Novruzov düşünür ki, ölkə başçısının toydan xəbəri olsaydı, pandemiya dövründə belə bir toyun keçirilməsinə icazə verərdi… Əgər bir gün sonra Ramiz Mehdiyevin yalan məlumat verməyindən xəbər tutmuşdusa, bəs niyə YAP-ın icra strukturlarında olan şəxslərə ölkə başçısını məlumatlandırmaq üçün cəhd etməyib?…
Fikirlərini hələ də tam başa sala bilməyən Siyavuş müəllim, nəvəsinin toy məclisinə gedən və “mən kişiyəm getməməliydim ki?…”, sualını verən adam, dünən Ramiz Mehdiyevi necə deyərlər ağ yuyub, qara sərib… O, Ramiz Mehdiyevin uzun illər onun fəaliyyətinə mane olduğunu və münasibətlərinin kifayət qədər soyuq olduğunu bildirir. Ramiz Mehdiyevin onun siyasi fəaliyyətində və karyerasında hər hansı bir rolu olmadığını, hətta bəzi məsələlərdə qarşısını kəsdiyini deyir.
Sual yaranır ki, Ramiz Mehdiyev uzun illər onunla soyuq münasibətdə olan birini niyə toya dəvət eləsin və məclisində onu niyə görmək istəsin? Məgər, Ramiz müəllimə qonaq qəhətdir? Əgər Ramiz Mehdiyev onun bəzi məsələlərdə qarşısını kəsibsə, belə bir adamın məclisində niyə iştirak edib?
Digər tərəfdən, Siyavuş Novruzov Ramiz Mehdiyevin onun qabağını kəsdiyini deyirsə, belə anlaşılır ki, o, daha böyük vəzifələrdə irəliləmək fikrindəymiş. Nə edək… Qismət. Hər şeyin də bir sonu olmalıdır, Siyavuş Novruzov.
Siyavuş Novruzov, sizin etdiyiniz hərəkət Brutun xain hərəkətiylə müqayisə oluna bilər…
P.S. Brut Roma imperatoru Sezarı sui-qəsdlə öldürən senator (deputat) olub. Halbuki, Brut Sezarın tapşırıqlarını yerinə yetirən şəxs idi…
Hurriyyet.org
Telegram kanalımız