Siyavuş Novruzov uzun fasilədən sonra Məclisə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov uzun fasilədən sonra Məclisə gəldi

Siyasət

22 Aprel 2025 14:03 283


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında iştirak edir.

Yenisabah.az musavat.com-a istinadla xəbər verir ki, komitə sədrinin son bir neçə iclasda iştirak etməməsi barədə məlumat yayılmışdı.

Bundan öncə isə Siyavuş Novruzovun idmanda aldığı zədə səbəbindən ayağında problemlər yarandığı, bu səbəbdən müalicə kursu qəbul etdiyi bildirilirdi. Dördpendirli pizza

S.Novruzov özü bu barədə mətbuatda yazılanlara reaksiyasında bildiribi ki, ayağının sağalmasını gözləyib. Komitə sədri artıq özünü normal hiss etdiyini bildirib və bu barədə əlavə açıqlamaya ehtiyac duymayıb. Yalnız “gərək ayağım sağalaydı ki, iclasa qatılaydım”, - deməklə kifayətlənib.

Xatırladaq ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!