Siyavuş Novruzovun məhkumlarla bağlı çıxışına nazirlikdən   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzovun məhkumlarla bağlı çıxışına nazirlikdən CAVAB

Siyasət

11 May 2020 19:45 1519


Milli Məclisin komitə sədri, millət vəkili Siyavuş Novruzov bir neçə gün öncə parlamentdəki çıxışında may ayında daha 300 nəfərə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacağını bildirmişdi.

Yenisabah.az xəbər verir ki, Musavat.com deputatın bu fikirləri ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib.

Sorğuda Azərbaycanda koronavirusa yoluxma ilə bağlı yenidən artım olacağı, ikinci dalğa müşahidə ediləcəyi halda məhkumlar daha bir qisminin azadlığa buraxılıb-buraxılmayacağı soruşulub. pizza hut

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, vaxtından əvvəl şərti azad etmə institutu Penitensiar Xidmətin tabe qurumlarında mütəmadi olaraq tətbiq edilir: “İndiki şəraitdə bu iş intensivləşdirilib və gələcəkdə də davam etdiriləcəkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!