Siyavuş Novruzovun vəzifəsi ona həvalə edildi

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzovun vəzifəsi ona həvalə edildi

Siyasət

15 Sentyabr 2020 07:23 5690


Məlum olduğu kimi, Ramiz Mehdiyevin sərt karantin dövründə təşkil etdiyi toy məclisində iştirak edən deputat Siyavuş Novruzov ciddi tənqidlərə və ittihamlara tuş gəlib. Nəticədə uzun illər yerinə yetirdiyi YAP-ın icraçı katibinin müavini və Təşkilat şöbəsinin müdiri vəzifələrilə vidalaşmalı olan S.Novruzov hələlik parlamentdə komitə sədri postunu saxlamaqdadır.

“Yeni Sabah” xxəbərr verir ki, “AzPolitika.info”-ya məlumatlı mənbələrdən daxil olan xəbərə görə, S.Novruzovun bir müddət əvvəl vidalaşdığı YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub. 

Bu postu hakim partiyanın Qaradağ rayonundan deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutacaq. Pepperoni pizza

Aydın Hüseynov 1962-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olub. Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Uzun illər maliyyə sistemində müxtəlif vəzifələr tutub. 

Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!