Siyəzəndə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Siyəzəndə işıq olmayacaq

Sosial

11 Aprel 2025 09:34 335


Bu gün Siyəzən rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenisabah.az əbər verir ki, “Azərişıq” məlumat yayıb.

Siyəzən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Siyəzən" yarımstansiyasında profilaktiki təmir işlərinin aparılması ilə əlaqədar aprelin 11-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq. Sezar pizza

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Siyəzən şəhərinin bir hissəsi, Böyük Həmyə, Kiçik Həmyə və Ağbaş kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!