Siyəzəndə obyektdə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Siyəzəndə obyektdə yanğın oldu

Hadisə

21 Avqust 2023 18:39 668


Siyəzəndə obyektdə yanğın olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Siyəzən rayonunun Siyəzən kəndində həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. pizza mizza

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 kvadratmetr olan sexdə yanğın baş verib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları 600 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!