“Siz əsl kök adamları o qiymətə arıqladın” - Diyetoloqlardan şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

“Siz əsl kök adamları o qiymətə arıqladın” - Diyetoloqlardan şikayətləndi

Şou

05 Aprel 2024 16:04 761


“Baxırsan ki, arıq bir qızı götürüb reklam edirlər ki, bir az qarnım var, bu yeməklə bədən ölçümü dəyişəcəyəm. Siz əsl kök adamları o qiymətə elə arıqladın”.

Yenisabah.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib.

O, diyetoloqların müştərilərə təqdim etdiyi yeməklərdən söz açıb. pizza hut

Səfərova bildirib ki, bunların qiyməti də çox yüksəkdir: “Mən isə pəhrizdən bezdim. Mənə də eyni yeməkləri göndərirdilər: duzsuz, yağsız. Birdən-birə buna keçmək mümkün deyil. Yeməyi bacardığım qədər yedim. Bədən psixoloji dözmür. 2-3 həftə sonra psixoloji gərginləşdim. Çəki itirdim, amma sonra... İnsan pendir-çörək yeyir, birdən bozbaşa atılır, elə oldum. Qiyməti də bahadır. Əməlli gəlirli biznesdir. Gərək amma peşəkar diyetoloq ola. O pulla sağollaşmağa hazırsınızsa, edin”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!