“Sizin və şəhidlərimizin valideynlərinin qarşısında baş əyirəm” – İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Sizin və şəhidlərimizin valideynlərinin qarşısında baş əyirəm” – İlham Əliyev

Siyasət

30 Sentyabr 2020 16:54 1126


“Ermənilər döyüş meydanında bizim qarşımızda dura bilmirlər. Onlar bizim kəndlərimizi vururlar, amma orada yaşayan soydaşlarımız hamısı yerindədir, hamısı vətən sağ olsun deyirlər, bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan ordusu onları müdafiə edəcək və onlar səbrsizliklə o anı gözləyirlər  ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın”.

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yaralı hərbçilərimizlə görüşü zamanı deyib. Prezident hərbçilərimizi təbrik edib:

“Siz gənc yaşınızda böyük qəhramanlıq, şücaət göstərib, vətən uğrunda şərəflə vuruşub öz adınızı Azərbaycan tarixinə yazdırmısınız. Eyni zamanda sizi belə vəziyyətdə görmək hamımız üçün çox ağırdır, amma siz əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımdırsa, onu biz edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bütün xalqımız sizə dəstək olmalıdır. Dövlət sizin yanınızda olacaq, bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz.  Pepperoni pizza

Sizin kimi gənclər üçün siz nümunə olmalısınız. Azərbaycan xalqı qəhraman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Mən fürsətdən istifadə edib sizin və bizim bütün yaralı hərbçilərimizin, eyni zamanda şəhidlərimizin valideynlərinin qarşısında baş əyirəm, onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhraman övladlar yetişdiriblər. Bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zərəf çalacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!