Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir

saytların hazırlanması

Evə çatdırılma

Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir

Dünya

07 Mart 2021 21:54 651


Slovakiya koronavirus xəstələrini Almaniya və Polşaya göndərməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, Slovakiya xəstəxanalarının reanimasiya şöbələrində yer yoxdur. Təkcə ötən sutka ərzində ölkədə 2552 yeni yoluxma halı qeydə alınıb.

Hazırda Slovakiyada ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı ən yüksək həddə - 349 nəfərə çatıb. Məhz bu səbəbdən də artıq intensiv terapiya palatalarında boş yer qalmayıb. Dördpendirli pizza

İlk iki xəstə şənbə günü Almaniyanın Dortmund klinikasına göndərilib. Bu gün isə bəzi xəstələr Polşanın Qorlitsa şəhərindəki COVID hospitalına yola salınıb.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!