Slovakiyanın baş naziri fabrikdə gecə növbəsində işləmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Slovakiyanın baş naziri fabrikdə gecə növbəsində işləmək istəyir

Dünya

19 Mart 2026 00:53 507


Slovakiyanın Baş naziri Robert Fitso əməkçilərə hörmət əlaməti olaraq 30 aprel-1 may tarixlərində fabrikdə gecə növbəsində işləyəcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsində paylaşım edib.

"Gecə növbəsində çalışan insanlara bir daha hörmətimi ifadə etmək və onlara qoşulmaq istəyirəm", - deyə siyasətçi qeyd edib. Sezar pizza

Fitso ənənəvi olaraq hər il 1 May ərəfəsində Slovakiyanın müəssisələrindən birində çalışır. Bu il hansı fabrikdə işləyəcəyini isə açıqlamayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!