SMS-lə icazədən sonra küçəyə çıxanların sayı kəskin artıb – Deputatdan sərt mövqe

saytların hazırlanması

Evə çatdırılma

SMS-lə icazədən sonra küçəyə çıxanların sayı kəskin artıb – Deputatdan sərt mövqe

Siyasət

10 Aprel 2020 12:24 1867


SMS-lə icazə tətbiqindən sonra şəhərdə insanların sayı  çoxalıb. Vətəndaşlar  işləri vacib olmasa belə, icazə almağa çalışırlar. Bu isə öz növbəsində virusun yayılma ehtimalını daha da artırır və icazə ilə bağlı məhdudiyyətin tətbiqinə zərurət yaradır.

Maraqlıdır, fövqəladə vəziyyət elan olunmalıdırmı? İnsanların evdə qalması üçün nə etmək lazımdır?

Millət vəkili Fazil Mustafa  məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, tədbirlər daha da sərtləşdirilməlidir və küçəyə çıxış izni olan adamların sayı azalmalıdır: Pepperoni pizza

“Bir qism məsuliyyətsiz insanlar var ki, onlara görə digər vətəndaşlar da əziyyət çəkir. Bunu başqa cür izah etmək mümkün deyil. Maşın əlindən yenə də tərpənmək olmur, yenə də hamı çöllərdədir, heç kim də məsələnin mahiyyətinə varmır. Özlərini qorumaq fikirlərinin olmadığını nümayiş etdirirlər. Hesab edirəm ki, daha sərt qayda olmalıdır. 

Fövqəladə vəziyyət elan edilməlidir. Əslində, fövqəladə vəziyyət elan edilib, bunlar elə onun komponentləridir, sadəcə adını qoymamışıq. Ona görə də bu məsələdə sərtləşdirmə elə karantin rejimində də ola bilər. Daha məhdud qaydaları hökumət, Nazirlər Kabineti yanında Operativ Qərargah gətirə bilmir”.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!