SN: 6 ayından sonra körpələr mütləq vaksin edilməlidir

saytların hazırlanması

Evə çatdırılma

SN: 6 ayından sonra körpələr mütləq vaksin edilməlidir

Sosial

08 Oktyabr 2025 15:25 289


Səhiyyə Nazirliyi Azərbaycana gətirilən vaksinin ölkəmizdə geniş tətbiqinə başlanılacaq.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib: "Bu vaksinin təhlükəsizliyinə Dünya Səhiyyə Təşkilatı (DST) zəmanət verib. O, Fransada istehsal edilib və dünyada ən çox istifadə edilən vaksindir. Valideynlər tam əmin şəkildə körpələrini vaksin etdirə bilərlər. Xüsusən, 6 ayından sonra körpələr mütləq vaksin edilməlidir. Uşaqlarda xəstəliyin ağır gedişi, hətta pnevmoniya müşahidə edilir. Uşaqların immun sistemi tam formalaşmadığı üçün qripə tez yoluxur. 6 ayından etibarən uşaqlara vaksin vurulması tövsiyə olunur". Toyuqlu pizza

Zakir Quliyev qeyd edib ki, xəstəlik zamanı qrip əleyhinə peyvənd vurdurmaq tövsiyə olunmur:

“Xəstəlik tam sağalıb simptomlar gedəndən sonra vaksin vurdurmaq olar. Bu günə qədər vaksinlərdən ciddi əks-təsir aşkarlanmayıb. Yüngül təsirlər - qızartı, temperatur və s. ola bilir. Bundan əlavə, allergiyası, xüsusən də yumurtaya qarşı allergiyası olan insanlara qrip əleyhinə vaksin vurdurmaq tövsiyə edilmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!