SOCAR-da Gənclər Gününə həsr olunmuş görüş keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

SOCAR-da Gənclər Gününə həsr olunmuş görüş keçirildi - Fotolar

Sosial

01 Fevral 2020 18:58 1451


SOCAR-ın baş ofisində şirkətin müxtəlif idarə və müəssisələrində çalışan gənclərlə SOCAR prezidenti Rövnəq Abdullayevin və şirkət rəhbərliyinin 2 fevral Gəclər günü ilə bağlı görüşü keçirilib.

SOCAR-dan "Yeni Sabah"a daxil olan məlumata görə, artıq ənənə halını almış görüşdə bu il şirkətin müxtəlif idarə və müəssisələrindən də çox sayda gənc əməkdaş onlayn rejimdə görüş iştirakçılarına qoşulub.

Görüşdə əsasən neftçi gənclərin fikirləri dinlənilib. Şirkətin rəhbərliyi görüşdə iştirak edən gəncləri maraqlandıran, habelə sosial şəbəkələr üzərindən daxil olan sualları cavablandırıb. Sezar pizza

Onlayn rejimdə görüş iştirakçılarına qoşulmuş müxtəlif idarələrdə çalışan gənclərə də fikir bildirmək üçün şərait yaradılıb, onlar da auditoriyada aparılan müzakirələrdə yaxından iştirak ediblər. 3 saatdan çox davam edən görüşdə ümumilikdə 1000-ə yaxın gənc neftçi iştirak edib.

1000-ə yaxın gənc neftçi iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!