SOCAR-dan sosial şəbəkələrdə müzakirə olunan məsələyə REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

SOCAR-dan sosial şəbəkələrdə müzakirə olunan məsələyə REAKSİYA

Sosial

23 Dekabr 2019 10:31 793


Sosial şəbəkələrdə yayılan çirkli maddələrin dənizə axıdılması görüntüləri ilə bağlı məsələni araşdırmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi rəhbərliyinin iştirakı ilə komissiya “Neft Daşları”na yollanıb.

"Yeni Sabah" bildirir ki, bunu "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“Bu gün səhər saatlarından “Azneft” İstehsalat Birliyinin rəhbər şəxslərinin də iştirak etdiyi komissiya hadisəni araşdırmaq üçün əraziyə gedib. Normalda heç bir təlimatlarımızda, heç bir proseslərdə çirkli  maddələrin dənizə bu şəkildə axıdılması nəzərdə tutulmur. Rəhbərlik tərəfindən də belə təlimat verilməyib. Bunun necə baş verdiyi hələ məlum deyil. Hadisəni dəqiqləşdirmək, araşdırmaq və qarşısını almaq üçün oraya xüsusi komissiya göndərilib”,- İ. Əhmədov qeyd edib.  Dördpendirli pizza

O əlavə edib ki, gələcəkdə belə hadisələrin təkrar baş verməməsi üçün nəzarət daha da gücləndiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!