SOCAR Gürcüstandakı soydaşlarımızın təhsil haqqını yeni meyarla ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

SOCAR Gürcüstandakı soydaşlarımızın təhsil haqqını yeni meyarla ödəyəcək

İqtisadiyyat

11 Yanvar 2021 17:26 1291


Bu ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi bu ölkədə təhsil alan soydaşlarımızın təhsil haqqını yeni meyarla ödəyəcək.

“Report” xəbər verir ki, yeni meyar 2020-2021-ci tədris ilində tələbənin azı 61 bal toplamasını tələb edir.

Azərbaycanlı tələbələr, onların valideynləri yeni qaydanı müsbət qarşılayıb. Onların fikrincə, bu, soydaşlarımızın elmə daha çox maraq göstərməsinə səbəb olacaq. Marqarita pizza

Xatırladaq ki, SOCAR Gürcüstanda azərbaycandilli ictimai məktəbləri bitirmiş, Azərbaycan dilində imtahan verərək Gürcüstanın ali təhsil ocaqlarına qəbul olunmuş soydaşlarımızın təhsil haqlarını 2008-2009-cu tədris ilindən ödəyir.

Bununla bağlı Baku tv-nin hazırladığı süjeti təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!