SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşdü - Fotolar

İqtisadiyyat

31 May 2023 23:20 1358


Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq əlaqələrinin tarixi köklərə dayandığı diqqətə çatdırılıb.

Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə bu ölkəyə səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu vurğulanıb. pizza mizza

Görüş çərçivəsində, həmçinin xam neftin ticarəti sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycanda təhsil alan tələbələr, həyata keçirilən birgə layihələrin genişləndirilməsi, neft, qaz və bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!