SOCAR meyiti tapılan neftçilərlə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

SOCAR meyiti tapılan neftçilərlə bağlı məlumat yaydı

Sosial

24 İyun 2020 13:13 1843


Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb.

Yenisabah.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, meyitlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilib. Pepperoni pizza

Analizlər nəticəsində müəyyən edilib ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-cü il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veriləcək. Mərhum neftçinin ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik.

Digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!