SOCAR “Rosneft”in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu

saytların hazırlanması

Evə çatdırılma

SOCAR “Rosneft”in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu

İqtisadiyyat

13 May 2021 15:38 1254


SOCAR Rusiyanın "Rosneft" şirkətinin Ukraynada neft məhsullarının ixracı üzrə operatoru oldu. Şirkət Rusiya tərəfi ilə artıq müvafiq müqavilə imzalayıb.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Enkorr" nəşri yazır.

Məlumata görə, "SOCAR Trading" şirkəti satışa və Ukrayna tərəfdaşları ilə əlaqəyə nəzarət edəcək. Həcmlərin paylanmasında və satışında şirkətin Ukrayna ofisinin rolu istisna edilmir. pizza hut

Qeyd edilir ki, bu həftə "SOCAR Trading"in üst rəhbərliyi Kiyevdə "Proton Energy Group S.A"nın ən böyük kontragentləri ilə danışıqlar aparıb. Yeni operatorun ölkəyə may ayında yanacaq tədarükü ehtimalını istisna etmədiyi və 100 min tondan çox dizel və 12 min ton maye qaz həcmində kvotanın olduğu bildirilib.

Lakin bazar iştirakçılarına tədarükün başlanması üçün ehtimal olunan dövr iyun ayının olduğu görünür. Belə ki, mövcud məlumatlara görə, SOCAR Qomeldən (Belarus) "tonu 30 dollardan yuxarı" diferensialla göndərilən dizel yanacağı üzrə qiymət diapazonunu açıqlayıb, maye qaz üzrə qiymət hədəfi hələ açıqlanmayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!