SOCAR Türkiyədə yeni şirkətlər aldı

saytların hazırlanması

Evə çatdırılma

SOCAR Türkiyədə yeni şirkətlər aldı

İqtisadiyyat

18 İyun 2019 01:18 1641


“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Almaniyanın “EWE AG” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərini almasına dair müqavilə imzalanıb.

“Yeni Sabah” xəbər verir ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev həmin şirkətlərin STEAŞ-ın idarəçiliyi altında fəaliyyətini davam etdirərək Türkiyə və Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandıracağını deyib.

"Bursagaz" və "Kayserigaz"ın şirkətlər qrupuna qatılması ilə Türkiyədəki təbii qaz üzrə fəaliyyət zəncirini tamamladıqlarını bildirən V.Əliyev "Millenicom"un da TANAP boru kəməri boyunca inşası davam edən 1850 kilometrlik "SOCAR Fiber" layihəsi ilə mühüm sinerji yaradacağını qeyd edib. Dördpendirli pizza

Xatırladaq ki, SOCAR bu il yanvarın 30-da “EWE Turkey Holding”i və qrupa daxil olan şirkətləri aldığını açıqlayıb.

2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan “EWE Turkey Holding” 2017-ci ilin sonuna təxminən 2,4 milyard türk lirəsi dövriyyəyə malik olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!