SOCAR Ukraynada yanacaq satışını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

SOCAR Ukraynada yanacaq satışını dayandırdı

İqtisadiyyat

16 May 2021 16:50 2222


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi "SOCAR Energy Ukraine" şirkəti "NANO 95", "Diesel Nano Extra" premium yanacaq növlərinin satışını dayandırıb.

Yenisabah.az bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, bu qərar Ukrayna Nazirlər Kabinetinin dizel yanacağı və benzinin orta qiymətinə əlavə dəyər həddini tətbiq etməsi ilə əlaqədar verilib. Bu qərarla neft məhsulları bazarında qiymətlərin dövlət tənzimlənməsi tətbiq olunub. Marqarita pizza

"SOCAR Energy Ukraine" həmçinin mayın 15-dən etibarən məhdudiyyətlər nəzərə alınmaqla yanacağın baza növlərinin qiymətlərində dəyişikliklər edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!