SOCAR və “Qazprom” strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

SOCAR və “Qazprom” strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəldi

İqtisadiyyat

19 Avqust 2024 21:55 740


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik inkişaf edir. Söhbət o cümlədən “Şimal-Cənub” layihəsindən, bu ilin sentyabrında genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanması ilə bağlı razılığın əldə olunmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, - “Qazprom”un rəhbəri Aleksey Miller söyləyib. pizza hut

Qeyd edək ki, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə iştirak edib. Putin avqustun 18-də Bakıya iki günlük səfəri gəlib. Dövlət başçıları danışıqlar aparıb, bir sıra birgə sənədlər imzalayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!