“Soçi” - “Keşlə” oyununa azarkeşlər buraxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Soçi” - “Keşlə” oyununa azarkeşlər buraxılmayacaq

İdman

22 İyul 2021 16:47 909


Konfrans Liqasının ikinci təsnifat mərhələsinin bu gün keçiriləcək “Soçi” - “Keşlə” oyununa azarkeşlər buraxılmayacaq.

Yenisabah.az xəbər verir ki, bu haqda Rusiya klubunun yaydığı açıqlamada bildirilib. Qərarın səbəbləri açıqlanmayıb.

Rəsmi saytda azarkeşlərə ünvanlanan müraciətdə bildirilib: “Təəssüf ki, parlaq duyğular və sizin dəstəyiniz əvəzinə matçı tamamilə fərqli bir atmosferdə oynamalıyıq. Bu, yalnız azarkeşlər deyil, həm də komanda və bütün klub üçün çox kədərli bir xəbərdir. Yaxın gələcəkdə sizə təzminat qərarını və bu matçın biletlərinin geri qaytarılması barədə məlumat verəcəyik”. Dominos pizza

Soçi klubu yaranmış vəziyyətə görə üzr istəyib.

Xatırladaq ki, "Soçi" - "Keşlə" oyunu Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!