Kazan-Soçi reysi ilə hərəkət edən təyyarə enərkən şassidə yanğın baş verib.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, enişə keçərkən təyyarənin sol şasisi qismən yanıb, xəsarət alan yoxdur. Hava gəmisindəki 191 nəfər təxliyə edilib.
Soçi aeroportundan bildirilib ki, “Nordwind” şirkətinə məxsus təyyarədə baş verən yanğın söndürülüb, fövqəladə hal yoxdur. Aeroport adi rejimdə fəaliyyətini davam etdirir. pizza sifarişi
Telegram kanalımız