“Cənab Prezidentə təşəkkürümü bildirirəm. Xəbərim yox idi, sizdən eşitdim”.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilən Xalq rəssamı Tofiq Ağababayev deyib.
Xalq rəssamı mükafatlandırılmasından xəbərsiz olduğunu bildirib:
“Düzü, xəbərim yox idi. Sizdən eşitdim. Çox şad oldum. Cənab Prezidentə verdiyi dəyərə görə, öz təşəkkürümü bildirirəm”.
Telegram kanalımız