Şok: Avropa ölkələri İngiltərə təyyarələrinin enməyinə icazə vermir

saytların hazırlanması

Evə çatdırılma

Şok: Avropa ölkələri İngiltərə təyyarələrinin enməyinə icazə vermir

Dünya

21 Dekabr 2020 11:01 784


İngiltərədə meydana gələn yeni növ koronavirus  səbəbilə Avropada fövqəladə tədbirlər görülməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, Niderlandda İngiltərə hava yollarına məxsus “British Airways”in havadakı təyyarələrinə eniş icazəsi verilməyib.

Qeyd edək ki, Almaniya İngiltərə ilə gecə 00:00-dan etibarən uçuşları dayandıracağını açıqladığı halda, Niderland tərəfindən bu cür məlumat verilməmişdi. Nəticədə Amsterdam vasitəsilə ikinci uçuşu həyata keçirməli olan şəxslərin səfəri təxirə düşüb. İngiltərə təyyarələri boş geri qaytarılıb. Niderland təyyarələri isə İngiltərədən geri çağırılıb. Dördpendirli pizza

Bildirək ki, Türkiyə, İtaliya, Belçika, Almaniyadan sonra Rumıniya da  Covid-19-un mutasiyaya uğramasından sonra İngiltərə ilə uçuşların dayandırıldığını elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!