Şok hadisə - Ölü qəbirdən səsləndi: “Buraxın məni, qaranlıqdır“   - Anbaan video

saytların hazırlanması

Evə çatdırılma

Şok hadisə - Ölü qəbirdən səsləndi: “Buraxın məni, qaranlıqdır“ - Anbaan video

Dünya

14 Oktyabr 2019 16:59 1309


İrlandiyanın Kilkenni qraflığında cənazədə qəbirdən səs eşidən matəm iştirakçıları gülməyə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, İrlandiyalı veteran Şey Bredli uzun sürən xəstəlikdən sonra oktyabrın 8-də vəfat edib.

Cənazə zamanı qəbirdən yüksək səslər eşidilib: “Mən haradayam? Məni burdan çıxarın! Bura qaranlıqdır! Bu nədir? Keşişdir? Mən qutudayam! Orada yox, burada – sizin qarşınızda! Mən ölmüşəm”. pizza hut

Hər kəs çaş-baş qalıb. Bundan sonra qəbirdən mahnı səsi gəlib:

“Zəng vurdum ki, vidalaşım”.

Cənazənin videosu tezliklə geniş yayılıb. Onu  Facebook”da İrlandiya Silahlı Qüvvələrinin bir qrup veteranının imzası ilə yayımlayıblar:

“Bu yaxınlarda bizdən hərbi və mülki yumorun fərqinin nə olduğunu soruşdular. Cavab sadədir: hərbidə yumor qara rəngdədir. 12 oktyabr Şey Bredlinin cənazəsi”.

Bredlinin qızı açıqlamasında irlandiyalı hərbiçinin mesajı ölümündən əvvəl yazdığını bildirib. Qeyd dinamiklər vasitəsilə səsləndirilib. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!