Şok iddia: Kim Çen öldü…

saytların hazırlanması

Evə çatdırılma

Şok iddia: Kim Çen öldü…

Dünya

25 Aprel 2020 08:44 1630


Çin mətbuatı bir neçə gündür ağır xəstəlik xəbərləri yayılan Şimali Koreya liderinin öldüyü barədə sensasion məlumat yayıb. Moderator.az bildirir ki, Çində yayımlanan HKS TV-nin baş direktor müavini yayımdakı verilişlərin birində Şimali Koreya rəhbəri Kim Çenin öldüyünü söyləyib.

İddia bütün dünyada geniş əks-səda doğurub. Qeyd edək ki, bir müddət əvvəl Kim Çenin ürək əməliyyatı keçirdiyi, daha sonra isə komaya düşdüyü bildirilmişdi.

ABŞ Prezidenti Tramp Kim Çenlə bağlı açıqlamasında “Yaxşı olmasını arzulayıram, aramızda yaxşı münasibət vardı. Xəbərlərdəki kimi bir durum varsa, bu, çox üzücüdür”, – deyib. pizza sifarişi

Kremlin rəsmi sözçüsü Dimitri Peskov isə Şimali Koreyadan rəsmi məlumat gözlədiklərini söyləyib.

Çin XİN sözçüsü Kim Şenin sağlıq durumu ilə bağlı xəbərləri yaxından izlədiklərini, lakin əllərində bir dəlil olmadığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!