ŞOK KƏŞFİYYAT MƏLUMATI: Moskva Bakı ilə gərginlik fonunda bu addımı atdı

saytların hazırlanması

Evə çatdırılma

ŞOK KƏŞFİYYAT MƏLUMATI: Moskva Bakı ilə gərginlik fonunda bu addımı atdı

Dünya

05 İyul 2025 20:31 14783


Kreml Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi artırmaq məqsədi ilə Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqram kanalında bildirilib.

"Şəxsi heyətlər Rusiya Silahlı Qüvvələrinin Rostov və Volqoqrad vilayətlərində, eləcə də müvəqqəti işğal olunmuş Krımda xidmət edən hərbçiləri arasından cəlb olunur. Bundan əlavə, Rusiya fəal şəkildə Qafqazın əsarətində olan xalqlarının, xüsusən də Şimali Osetiya və Adıgey nümayəndələri arasında könüllülər axtarır", Baş Kəşfiyyat İdarəsinin məlumatında bildirilir. Dördpendirli pizza

Güc strukturunun nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi Kremlin qlobal təhlükəsizlik vəziyyətinin sabitliyini pozmağa yönəlmiş hərtərəfli strategiyasının elementidir: "Millətlərarası münaqişənin qızışdırılması ilə yanaşı, Moskva Qafqazda hərbi mövcudluğunu artırır. Çox güman ki, Azərbaycanla Rusiya arasında münasibətlərin korlanması əvvəlcədən hazırlanıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!