ŞOK: Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

ŞOK: Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən AÇIQLAMA

Hadisə

03 İyul 2024 12:46 2549


44 günlük Vətən müharibəsində şəhid olan Vüqar Eldar oğlu İsmayılovun ailəsi oğurlanıb.

Lent.az xəbər verir ki, bu iddia ilə şəhidin anası Səidə İsmayılova və qayınanası çıxış edib. 

Şəhid anası gəlininin və nəvələrinin qaçırıldığını iddia edib. Onun sözlərinə görə, gəlinini övladları ilə birgə öz xalası oğlu himayəsinə götürmək adı ilə aldadaraq qaçırıb. Dördpendirli pizza

Şəhidin atası Eldar İsmayılov və gəlinin atası isə bildirib ki, həmin adam 5 il insan oğurluğu faktı ilə həbsdə yatıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.

Araşdırmaya əsasən qadının könüllü razılıq əsasında getdiyi məlum olub.

Şəhidin ailəsinin video müraciətini təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!