Şokolad və mürəbbə ilə zəhərləmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Şokolad və mürəbbə ilə zəhərləmək istədilər

Dünya

24 Oktyabr 2025 22:08 317


Ekvador hökuməti ölkə Prezidenti Daniel Noboanın zəhərlənmə yolu ilə öldürülməsinə cəhd edilməsi barədə prokurorluğa rəsmi müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, prezidentə hədiyyə kimi göndərilən şokolad və mürəbbənin tərkibində yüksək dozalarda zəhərli kimyəvi maddələr aşkarlanıb. Daniel Noboa isə söyləyib ki, məhsulların tərkibində eyni anda və bu qədər yüksək miqdarda üç fərqli kimyəvi maddənin təsadüfən olması praktiki olaraq mümkün deyil. Dominos pizza

Məlumata görə, şokolad və mürəbbə prezidentə Los-Rios əyalətinə səfəri zamanı təqdim olunub. Hadisə ilə bağlı sübutlar artıq istintaq orqanlarına təqdim edilib və cinayət işi açılması gözlənilir./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!