Şolz Putinə zəng etmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Şolz Putinə zəng etmək istəyir

Dünya

01 Oktyabr 2024 17:07 444


Almaniya kansleri Olaf Şolz yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.

Yenisabah.az Die Zeit-ə istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələr bildiriblər.

Onların sözlərinə görə, zəng hələ rəsmi olaraq Kremldən tələb olunmayıb, lakin Şolz ətrafındakılar noyabrda Braziliyada keçiriləcək G20 sammiti öncəsi Rusiya prezidenti ilə telefon danışığı aparmağı gözləyirlər. pizza hut

Söhbət baş tutsa, Şolz Macarıstanın baş naziri Viktor Orban istisna olmaqla, son il yarımda Putinlə birbaşa əlaqə saxlayan ilk Avropa lideri olacaq.

Kansler və Putin arasında əvvəlki telefon danışığı 2022-ci ilin dekabrında olub. İyun ayında Şolz ARD televiziyasında demişdi ki, “danışılacaq bir şey” olarsa, Rusiya prezidentinə zəng edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!