Somalidə terror zamanı 1 Türkiyə vətəndaşı həlak olub

saytların hazırlanması

Evə çatdırılma

Somalidə terror zamanı 1 Türkiyə vətəndaşı həlak olub

Dünya

02 Yanvar 2021 21:18 789


Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə qarşı terror aktı nəticəsində 1 Türkiyə vətəndaşı ölüb, 4 nəfər isə yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyəyə məxsus şirkətin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb: "Somalinin inkişafına töhfə verən bir türk şirkətinin işçilərini hədəf alan bu çirkin hücumu qətiyyətlə qınayırıq. Yaralananların tezliklə sağalmasını diləyirik, dost və qardaş Somali xalqının və hökumətinin yanında olduğumuzu bir daha vurğulayırıq". (Trend) Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!