Son 10 ilin ən güclü qarı yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Son 10 ilin ən güclü qarı yağacaq

Dünya

07 Yanvar 2025 02:13 32474


Fırtına xəbərdarlığı fonunda ABŞ-da son 10 ilin ən güclü qarın yağacağı gözlənilir.

Yenisabah.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Belə ki, Vaşinqtonda qarın qalınlığının 15-25 sm olacağı ehtimal edilir. Dominos pizza

"Bəzi bölgələr üçün bu, on ildən çox müddətdə ən güclü qar yağışı ola bilər", - ABŞ Milli Okean və Atmosfer Administrasiyasından (NOAA) bildirilib.

Sinoptiklərin proqnozlarına görə, qar fırtınası zonasında 70 milyondan çox insan olacaq. Küləyin sürətinin 80 km/saat olacağı gözlənilir.

Bundan əvvəl yaxınlaşan qar fırtınası ilə əlaqədar Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Qar yağması səbəbindən ABŞ-ın 12 ştatında elektrik enerjisinin kəsilməsi gözlənilir. Eyni zamanda, ölkənin cənubunda qar əvəzinə güclü tufan müşahidə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!