Son 2 gündə bu bölgədə 540 zəlzələ olub

saytların hazırlanması

Evə çatdırılma

Son 2 gündə bu bölgədə 540 zəlzələ olub

Maraqlı

07 Fevral 2023 13:25 689


Türkiyənin ətrafında son 2 gündə baş verən zəlzələ hallarının sayı açıqlanıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aralıq dənizi bölgəsində 540 yeraltı təkan qeydə alınıb. 

Bildirilib ki, müxtəlif bal gücünə malik olan zəlzələlərin hamısı hiss olunmasa da, afterşoklar davam edəcək.  Dominos pizza

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!