Son 2 gündə Azərbaycan Ordusu Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. pizza hut
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Telegram kanalımız