Son 6 ayda 54 minə yaxın şəxs işlə təmin edilib

saytların hazırlanması

Evə çatdırılma

Son 6 ayda 54 minə yaxın şəxs işlə təmin edilib

Sosial

13 İyul 2019 09:10 1095


2019-cu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 53 943 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlə təmin edib.

Nazirlikdən “Yeni Sabah”a daxil olan məlumata görə, onlardan 18877-ni qadınlar təşkil edib.

Bu dövrdə gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Gənclərlə bağlı aktiv məşğulluq tədbirləri geniş miqyas alıb. Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12148-i gənclər olub.

Həmçinin cari ilin birinci yarımilində Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğu təmin edilən vətəndaşların 3171-ni məcburi köçkünlər, 1543-nü isə əlilliyi olan şəxslər təşkil edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!