“Son bəyanat BMT-nin riyakarlığını ortaya qoydu”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Son bəyanat BMT-nin riyakarlığını ortaya qoydu” - Politoloq

Siyasət

03 Oktyabr 2020 13:37 1744


Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub. Söhbət zamanı münaqişə zonasındakı vəziyyət hərtərəfli müzakirə edilib. Hər iki tərəf davam edən genişmiqyaslı döyüş əməliyyatlarından, habelə Suriya və Liviyadan olan qanunsuz silahlı qruplaşmaların döyüşlərdə iştirakından ciddi narahatlıqlarını ifadə ediblər. ATƏT-in Minsk qrupunun həmsədr dövləti Fransadan sonra Rusiya da hər hansı ciddi fakta əsaslanmadan Azərbaycanı terrorçularla işbirliyində suçlamağa cəhd edib.

Maraqlıdır, işğal altındakı torpaqlarını öz gücünə azad edən Azərbaycana nə üçün belə bir böhtan atılır? Həmsədr dövlətlərin, onların rəsmilərinin məqsədi nədir?

Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan siyasi şərhçi Natiq Miri qeyd edib ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğu üçün doğru olmayan xəbərlərlə  beynəlxalq ictimaiyyətdə mövqelərimizi zəiflətmək istəyirlər: Dominos pizza

“Çünki Azərbaycan BMT-nin 51-ci maddəsində yer alan özünümüdafiə haqqından istifadə edərək işğal altında olan torpaqlarını azad edir. Bunun müqabilində Ermənistanın havadar dövlətləri Azərbaycana qarşı hansısa sanksiyaların və yaxud da qərarların qəbul olunmasına imkan yarada bilmirlər. Ayrıca BMT-nin qəbul etdiyi 4 qətnamə var. İki gün əvvəl Təhlükəsizlik Şurasında Qarabağ probleminin müzakirəsi zamanı qəbul edilən bəyanat  BMT-nin bilavasitə riyakarlığını ortaya qoydu. Çünki BMT-nin qəbul etdiyi məlum qətnamələrdə işğalın dərhal dayandırılması və düşmənin Azərbaycan ərazilərindən çıxması tələb edilir. Lakin BMT-nin yeni bəyanatında bu haqda bir cümlə belə yoxdur. Sadəcə hərbi əməliyyatların dayandırılması və atəşkəsin təmin olunması tələb edilir. Bu faktın özü də göstərir ki, əslində, Ermənistanın havadar dövlətləri və beynəlxalq strukturlar vəchlə Azərbaycanı dayandırmaq üçün bəhanələrdən istifadə edirlər. Onlar bu kontekstdə Azərbaycan əleyhinə hansısa koalisiya yaratmaq və ya qərar qəbul etdirmək istəyirlər”.

Politoloq vurğulayıb ki, əsas hədəfləri Ermənistanı Azərbaycan Ordusunun əlindən almaqla mövcud olan status-kvonu qorumaqdır: “Onlar ciddi şəkildə narahatdırlar ki, qısa müddətdə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun boşaldılması tamamilə həyata keçəcək və daha sonra Dağlıq Qarabağın əraziləri də düşmən istilasından azad olunacaq. Bundan sonra Dağlıq Qarabağa hansısa statusun verilməsindən söhbət gedə bilməz. Çünki 1991-ci ildə Azərbaycanın Ali Soveti Dağlıq Qarabağa verilən muxtariyyəti tamamilə ləğv edib. Əgər Azərbaycan Ordusu bu əraziləri işğaldan azad edərsə, artıq bu muxtariyyətin Dağlıq Qarabağa verilməsinə lüzum qalmayacaq.  Çünki ermənilər də Azərbaycanın vətəndaşları sayılır və istənilən vətəndaşımız ölkə Konstitusiyasını qəbul etdiyi təqdirdə bu ərazilərdə yaşamaq hüququnu qazanır. Sözügedən dövlətlərin ən böyük narahatlığı budur. Məgər Azərbaycanın Ordusunda şəxsi heyət çatışmazlığı var ki, kənardan kimsə gəlsin? Dünya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısındakı Azərbaycan əhalisini görmür? Bu böhtanla ictimai rəyi çaşdırmaq, hərbi əməliyyatları dayandırmaq, işğal altındakı əraziləri Ermənistanın nəzarətində saxlamaq istəyirlər”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, əgər Azərbaycan Ordusu bu əməliyyatları sonadək davam etdirməsə, Qarabağ heç vaxt azad olunmayacaq: "Gün bu gündür! Bütün imkanları səfərbər edərək hərbi əməliyyatları davam etdirməli və Dağlıq Qarabağı düşməndən azad etməliyik. 27 ildir ki, Minsk qrupu və Ermənistan havadarları Dağlıq Qarabağ probleminin hərbi həll yolunun olmadığını deyirlər. Ancaq onun yeganə həll yolu hərbi yoldur. Erməni ordusunun 70 faiz hərbi potensialı darmadağın edilib. Qısa müddətdə süpürmə əməliyyatı başlayacaq və Şuşada başa çatacaq. Rusiya və İranın böhtan prosesinə qoşulmaqda əsas səbəblərindən biri də bilavasitə özlərinin Ermənistana ciddi dəstəyini ört-basdır etməkdir. İyul hadisələrindən əvvəl və bu gün də Rusiya Ermənistana İran üzərindən silah göndərir. Suriya və İraqdakı PKK və ASALA erməni terrorçularının Ermənistan ərazisinə köçürülməsini də  bilavasitə İranda olan hərbi güc - SEPAH təşkil edir. Bunlar sübut olunmuş faktlardır. Bu yöndə Türkiyə mediasında ciddi ittihamedici yazılar və təhlillər var”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!