SON DƏQİQƏ: Azərbaycanın tanınmış həkimini maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Azərbaycanın tanınmış həkimini maşın vurdu

Hadisə

04 İyul 2024 13:28 2697


Tanınmış oftalmoloqu maşın vurub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

Nicat Məlikov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Sezar pizza

Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-da göz həkimi kimi əhaliyə xidmət göstərir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!