Son dəqiqə: Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

İdman

03 İyun 2021 09:53 1020


2022/2023 mövsümündə keçiriləcək Çempionlar Liqasının final oyununa Türkiyənin İstanbul şəhəri ev sahibliyi edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Bildirilib ki, ötən il və daha sonra bu il İstanbulda oynanılması planlaşdırılan həlledici matç koronavirus səbəbindən sözügedən şəhərdə keçirilməyib. Həmin illərdə finala Portuqaliya ev sahibliyi edib.

Qeyd olunub ki, UEFA İcraiyyə Komitəsinin iyulun 9-da keçiriləcək iclasında 2023-cü ildəki finalın İstanbuldakı Atatürk Olimpiya Stadionunda oynanılacağı açıqlanacaq. pizza hut

Bundan başqa, ÇL-in 2021/2022, 2022/2023 mövsümlərinin və Avropa Liqasının püşkatma mərasimlərinin də İstanbulda təşkil edilməsi planlaşdırılır. Bu qərarın da iyulun 9-u açıqlanacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!