SON DƏQİQƏ: DSX-nin hərbçisi 3 hərbçi yoldaşını qətlə yetirib qaçdı

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: DSX-nin hərbçisi 3 hərbçi yoldaşını qətlə yetirib qaçdı

Hadisə

02 Yanvar 2022 20:46 3924


02 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır.

Yenisabah.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Hazırda baş çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir. Marqarita pizza

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!