Son dəqiqə: Ermənilər Naxçıvanı atəşə tutur

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Ermənilər Naxçıvanı atəşə tutur

Rəsmi

16 Avqust 2021 10:54 2231


Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Marqarita pizza

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!